Macarıstan Ukraynanın NATO-ya üzvlüyünə səs verərsə, nə baş verəcək?

Macarıstanın baş naziri Alyansın genişlənməsi ilə əlaqədar eskalasiya təhlükəsini açıqlayıb.

Şimali Atlantika Alyansı Ukraynanı üzvlüyünə daxil etməzdən əvvəl on min dəfə düşünməlidir. Bu sual gec-tez ortaya çıxacaq.

"Biz NATO-nun şərqə doğru daha da genişlənməsi barədə on min dəfə düşünməliyik ki, bu, Macarıstanı müharibəyə sürükləməsin".

“Telex” nəşri Macarıstanın baş naziri Viktor Orbandan  sitat gətirib.

Eyni zamanda macar siyasətçi bildirib ki, bu, İsveç və Finlandiya kimi ölkələrin Alyansa qoşulması məsələsinə aid deyil.

O, qrupunun Finlandiya və İsveçə səs verməyəcəyinə işarə edib, çünki onun fikrincə, bu, eskalasiyaya doğru daha bir addım olar.

Qeyd edək ki, Ukrayna KİV-ləri Macarıstan siyasətçilərini anti-Ukrayna bəyanatları ilə seçildiklərini də yazırlar. Bildirilir ki, Macarıstan güzəşt tələb edərək Aİ-nin Rusiyaya qarşı sanksiyalarının tətbiqini də gecikdirir.

Xatırladılır ki, rəsmi Budapeşt Kiyevə silah yardımı etməkdən də imtina edib və digər ölkələrə Ukrayna Silahlı Qüvvələri üçün Macarıstan ərazisindən tranzit silah keçirməyə  də qadağ qoyub. Hətta Orbanı Rusiya və Belarusla əlaqələrə görə də qınayırlar…

Bəli, rəsmi Budapeşt qətiyyətlə bu müharibədən kənarda qalmağı düşünür və ölkəsinin zərər görməsini istəmir. Bu mövqeyinə görə tənqidlərə tuş gəlsə belə…

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN