Amerika lideri Co Baydenin vəziyyəti ABŞ üçün təhlükə yaradır.

Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson deyib.

Twitter səhifəsində həkim qeyd edib ki, Bayden vaxtının yarısında harada olduğunu belə başa düşmür.

Cekson yazıb: "Ölkəmiz üçün Baydenin baş komandanımız olması çox dəhşətlidir. O, vaxtının yarısında harada olduğunu bilmir və hər gün bizi Rusiya və Çinlə total müharibəyə yaxınlaşdırır".

O, həmçinin bəyan edib ki, ABŞ prezidentinin koqnitiv funksiyalarının azalması səbəbindən insanlar ölə bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl Cekson Bayden administrasiyasının siyasətçinin psixi durumu ilə bağlı məlumatları gizlətdiyini bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN