Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiya-Ukrayna sərhədini xüsusi nəzarət altında saxlamalı, orada təxribat qrupları üçün sədd çəkməlidir.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı FTX kollegiyasının iclasında çıxışı zamanı deyib.

"Dövlət sərhədinin Rusiya-Ukrayna bölməsi FTX sərhəd xidmətinin xüsusi nəzarəti altında olmalıdır. İndi orada bir qrup yerləşdirilib. Onlara sərhəd qurumlarının bölmələri, FTX aviasiyası, Milli Qvardiyanın silahlı qüvvələri daxildir. Və sizin vəzifəniz təxribat qruplarının yoluna sədd çəkmək, Rusiya ərazisinə qaçaqmalçılıq yolu ilə silah və sursat gətirmək cəhdlərini dayandırmaqdır”, - dövlət başçısı bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN