Görünür, Kiyevə hərbi yardım Vaşinqtonun büdcəsini xeyli sarsıdıb. Xərclənən milyardları ödəmək üçün ABŞ vergiləri artırmaq niyyətindədir.

Tezadlar.az xəbər verir ki, Co Bayden qərarını Virciniya ştatında tərəfdarları qarşısında çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, varlı amerikalılar, ildə dörd yüz min dollardan çox qazananlar xəzinəyə daha da çox pul ödəməli olacaqlar. Zalda prezidentin sözləri coşğusuz qarşılanıb.

"Aydın olmaq istəyirəm: bəzi vergiləri qaldıracağam. Əgər biriniz orada milyarder olsa, 3% ödəməyi dayandıracaqsınız. Bu, zarafat deyil", - Bayden deyib.

Eyni zamanda, Ağ Ev Ukraynaya ayrılan maliyyəni azaltmaq barədə düşünmür.

Bundan əvvəl Bayden Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına əlavə 500 milyon dollar ayıracağına söz vermişdi. Milyardlarla dolların hara getdiyi və bunun nə dərəcədə əsaslı olduğu məsələsi artıq Konqresdə açıq şəkildə müzakirə olunur. Proses Respublikaçılar Partiyasının təzyiqi ilə başlayıb.

Britaniyanın Henley & Partners şirkətinin daha əvvəl aşkar etdiyi kimi, ABŞ milyonerlər üçün ən cəlbedici yer olmaqdan çıxıb. Ölkəyə zənginlərin axını dərhal 80% azaldı, xaricə axını isə əksinə, artdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN