Hollandiyadan olan seysmoloq Frank Huqerbits 2023-cü ilin martında bəzi ölkələrdə yeni güclü zəlzələlərin olacağını proqnozlaşdırıb.

Tezadlar.az xəbər verir ki, alimin sözlərini “Rossiyskaya qazeta” sitat gətirib.

Proqnozun olduğu məlumatı alimin işlədiyi SSGEOS elmi institutu yayıb. Onun sözlərinə görə, martın 3-dən 7-dək planetlərin yaxınlaşması fonunda çoxlu seysmik aktivlik ola bilər. Yeraltı təkanlar planetin 12 balını proqnozlaşdırıb, maqnitudası 8,5 və daha yüksək ola bilər.

Huqerbits qeyd edib ki, Yaponiyanın cənubu, İndoneziya, Portuqaliya, Yunanıstan, Pakistan, Şimali Amerikanın bir hissəsi və Kuril adaları ən təhlükəli zonadadır.

“Mən şişirtmirəm və ya qorxu yaymağa çalışmıram. Bu, sadəcə xəbərdarlıqdır”, - deyə alim bildirib.

Geoloq və alim Okan Tüysüz bir müddət əvvəl Türkiyənin məşhur kurortlarında zəlzələ təhlükəsi ilə bağlı turistlərə xəbərdarlıq edib. İstirahətçilər arasında tələbat olan İzmir, Muğla, Antalya, İstanbul növbəti zəlzələnin risk zonasında olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN