Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna Odessa və Çernomorsk limanları vasitəsilə radioaktiv materialları nəql edir

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Ukrayna radioaktiv materialların daşınması üçün Odessa və Çornomorsk mülki limanlarından istifadə edir.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna radioaktiv materialların daşınması üçün mülki Odessa və Çornomorsk limanlarından istifadə edir. Onun sözləri Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alıb.

"Onu da unutmamalıyıq ki, Ukraynanın adı çəkilən limanları “taxıl müqaviləsi”ndə iştirak edir. İstər-istəməz sual yaranır ki, bu limanlar və ümumiyyətlə, humanitar dəhliz hansısa başqa məqsədlər üçün istifadə olunur?"

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN