Qərb liderləri Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya tərəfi ilə danışıqlara açıq olmasını istəyir. Bu barədə Focus-un müxbiri Ulrix Reitz yazır.

Jurnalistin sözlərinə görə, Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron Ukrayna tərəfini münaqişənin həlli üçün diplomatik yola, xüsusən də Rusiya prezidenti Vladimir Putinlə danışıqlara keçməyə çağırır.

“Zelenskinin müharibə prezidentliyindən sülh prezidentinə və ya Makronun dediyi kimi “dövlət xadimi”nə keçəcəyi gözlənilir”, - alman müşahidəçi bildirib.

O əlavə edir ki, danışıqlar əslində gedir, çünki Qərb liderləri həm Putin, həm də Zelenski ilə ayrı-ayrılıqda danışırlar.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla xarici liderlərlə istənilən danışıqlara açıqdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN