Gürcüstanda Azərbaycanlılar yaşayan iki kənddə qarşıdurma yaranıb...

Bolnisi bələdiyyəsinin Güləver (Geta) və digər bir neçə kənd sakinləri Bolnisi meriyası önündə etiraz aksiyası keçiriblər. Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, son bir neçə müddətdir ki, Güləver, Darvaz və digər bir neçə kənd ərazisində qazıntı işləri aparılır, nəticədə meşələr məhv edilir, otaracaqlar ləğv olunur. Onların sözlərinə görə, su xətləri çəkilməsi adı ilə aparılan qazıntı işləri çox naməlum şəkildə həyata keçirilir. Məsələ ilə bağlı əməkdaşlarmıza müsahibə verən Bolnisi Bələdiyyəsinin meri David Şerazadişvili bildirib ki, sözügedən problemdən xəbərdardır və məsələnin həlli üçün qazıntı işləri aparan şirkət və kənd sakinləri ilə görüş təşkil olunacaq. Kənd sakinlərinin Bolnisi meriyası önündə keçirdiyi aksiyadan hazırlanan videoreportajı aşağıda sizə təqdim edirik:

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN