Aparıcı sənaye və inkişaf etməkdə olan ölkələrin (G20) xarici işlər nazirləri Ukraynadakı müharibə ilə bağlı mübahisəyə görə Hindistanda keçirilən görüşdə birgə yekun bəyannamə ilə bağlı razılığa gələ bilməyiblər.

Bu barədə Tagesschau xəbər verir.

Qeyd edilib ki, əksər dövlətlər Rusiyanın işğalçı müharibəsini yenidən kəskin şəkildə pisləyib və qoşunların Ukrayna ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb ediblər. Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Qin Qanq iki müvafiq məqamla razılaşmayıblar.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar görüşün sonunda jurnalistlərə bildirib ki, birgə yekun bəyannamə “bəzi ölkələrin çox qütbləşmiş baxışları” səbəbindən qəbul olunmayıb.

 Cayşankar Hindistanın kompromis tapmaq üçün çox səy göstərdiyini vurğulayıb. O, nazirlərin islahat ehtiyacı, çoxtərəflilik, ərzaq təhlükəsizliyi, qlobal sağlamlıq və iqlim dəyişikliyi də daxil olmaqla bir çox mövzuda razılığa gəldiyini söyləyib.

Bundan əvvəl məlum olmuşdu ki, AB nümayəndə heyəti G20 xarici işlər nazirlərinin Hindistanda keçirilən iclasında Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməyən bəyanatı dəstəkləməyəcək.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN