Gürcüstan Parlamentinin qarşısında vətəndaş fəallarının və müxalif siyasi partiyaların nümayəndələrinin iştirakı ilə aksiya keçirilir.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları "xarici təsir agenti" adlı qanun layihəsinin müzakirəsinə etiraz edirlər. Mitinqə qatılanlar “Rusiya hökumətinə lənət olsun!” "Gürcü arzusu deyil, rus arzusudur" kimi şüarlar səsləndirirlər. Aksiyanın keçirildiyi parlament ətrafına çox sayda Polis əməkdaşları səfərbər olunub. Mitinq iştirakçıları, etirazların davamlı olacağını və növbəti etiraz aksiyasının bazar ertəsi baş tutacağını elan ediblər.

Xatırladaq ki, bu gün Parlamentin Xarici əlaqələr və müdafiə komitələrinin birgə iclasında “Xalq hakimiyyəti” tərəfindən irəli sürülən "Xarici təsir agenti" adlı yeni qanun layihəsinin müzakirəsi keçirilib. Müxalifət nümayəndələri komitənin iclasına media və qeyri-hökumət sektorunun nümayəndələrinin daxil olmasına cəhd ediblər. Mühafizə xidmətinin əməkdaşları isə buna imkan verməyiblər, nəticədə parlament zalında qarşıdurma yaşanıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN