Qarabağda ermənilərin faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası

ötən gecə saatlarında da davam edib,  dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Şuşa Bülbül adına Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəyli "Təzadlar"a bildirib ki, havaların şaxtalı keçməsinə baxmayaraq ekofəallar və gənc könüllülər mətinlik gösyərir, dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. "Onlara müntəzəm olaraq baş çəkirik, mənəvi dəstək oluruq, fikirlərini öyrənirik. Bu gənc fəallar Azərbaycanın haqq səsini dünyaya çatdırırlar, onlara halal olsun deyirəm...".

Hazırda da azərbaycanlı fəalların şüar və tələbləri dəyişməzdir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN