Adı son vaxtlar Ukrayna müharibəsində ciddi hallanan Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb.

Teadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə bir sıra KİV-lərdə məlumat yayılıb. Məlumata əsasən, son bir neçə ayda o, çox kökəlib və videoda çox vaxt gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var. Nəşr bildirib ki, Kadırov Moskva həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana həkim gətirib. Əbu-Dabidəki “Burjil” xəstəxanasının böyrək şöbəsinin müdiri, doktor Yasin İbrahim Əl-Şahat Kadırovu müalicə etmək üçün Qroznıya gedib. Bu səbəbdən Çeçenistan rəhbəri Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Moskvadakı çıxışında iştirak edə bilməyib.

Kadırovun səhhətindəki problemlər barədə Azadlıq Radiosu da məlumat yayıb...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN