Çin Xalq Azadlıq Ordusunun (AXO) modernləşdirilməsi dünyanın heç bir ölkəsi üçün təhlükə yaratmır.

Tezadlar.az xəbər verir ki, bu barədə şənbə günü keçirilən mətbuat konfransında 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (MPK, Parlament) 1-ci sessiyasının rəsmi nümayəndəsi Van Çao bildirib.

"Çinin gələcəyi bütün dünyanın gələcəyi ilə sıx bağlıdır. Çinin hərbi modernləşdirilməsi heç bir ölkə üçün təhlükə yaratmayacaq. Əksinə, o, regional sabitliyi və dünya sülhünü qorumaq üçün effektiv qüvvədir", - V.Çao deyib

Onun sözlərinə görə, ÇXR-in müdafiə büdcəsinin artımını təhlükəsizlik çağırışları diktə edir.

“Hərbi xərclərin artırılması kompleks təhlükəsizlik çağırışlarına cavab vermək zərurəti ilə, eləcə də böyük dövlətin öhdəliklərini yerinə yetirmək zərurəti ilə diktə olunur”, - o deyib.

Jurnalistlərin 2023-cü ildə ÇXR-in müdafiə büdcəsinin nə qədər artırılacağı ilə bağlı sualına Van Çao konkret rəqəmlər deməyib. O qeyd edib ki, Çinin ÜDM-də hərbi xərclərin payı uzun illərdir "əsasən sabit" qalıb. Onun sözlərinə görə, bu, qlobal orta göstəricidən aşağıdır, artım tempi isə nisbətən mülayim və ağlabatandır.

2022-ci ildə Çin müdafiə xərclərini 7,1% artıraraq 1,451 trilyon yuana (məlumatların dərc edildiyi vaxtdakı məzənnə ilə təxminən 229,07 milyard dollar) çatdırmağı planlaşdırırdı. 2021-ci ildə Çin müdafiə xərclərini 6,8% artıraraq 1,356 trilyon yuana (təxminən 209 milyard dollar) çatdırıb.

Bir çox beynəlxalq təşkilatlar, o cümlədən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu hesab edir ki, Çin hərbi büdcə ilə bağlı rəsmi məlumatları əhəmiyyətli dərəcədə aşağı qiymətləndirir və onun real həcmi 25-50% yüksək ola bilər. Analitiklərin fikrincə, dərc edilmiş məlumatlara bir neçə çox vacib bənd daxil edilmir: strateji qüvvələrə xərclər, müdafiə elmi və texniki inkişafı, xarici silahların idxalı, Xalq Silahlı Polisi (daxili qoşunların analoqu) və digər hərbiləşdirilmiş silahlı birləşmələr. Əyalət orqanlarının hərbi ehtiyaclar üçün xərclərini də nəzərə almır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN