ABŞ bütün problemlərini hərbi güc yolu ilə həll etməyə çalışır, lakin bu cür hərəkətlər yaxşı heç nəyə gətirib çıxarmır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

"Vaşinqtonun problemlərin həllinin yeganə yolunun hərbi gücdən istifadə etmək olduğu fikri kədər və psixozdur",- deyə müəllif qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ı mismar vurmaqla əksər problemləri həll edən “nəhəng çəkic”lə müqayisə etmək olar.

Müşahidəçi əlavə edib ki, Vaşinqton milyonlarla insanın, xüsusən də yoxsulların, uşaqların və qocaların ölümünə səbəb olan sanksiyalar vasitəsilə son dərəcə aqressiv siyasət yürüdür. Müəllif həmçinin Ukrayna və Tayvan münaqişələrini Rusiya və Çinin təsir dairəsini azaltmaq üçün alətlər adlandırıb.

Bundan əvvəl “Global Times” qəzetinin keçmiş baş redaktoru Hu Xijin Rusiya ilə qarşıdurmada Vaşinqton və onun müttəfiqlərinin məğlub olacağını proqnozlaşdırmışdı. "Rusiya təkbaşına Ukraynada bütün Qərbə müqavimət göstərə bilər", - Hu Xijin deyib. Onun fikrincə, Qərb dövlətlərinin siyasəti onların gözlədiyi qədər effektli olmayıb və Rusiyanı məğlub etmək onlar üçün gözlənildiyindən qat-qat çətin olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN