Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu qüvvələrin birləşmiş qrupunun qərargahında müavinləri ilə qoşunların davamlı olaraq silah və sursatla təmin edilməsi məsələsi ilə bağlı müşavirə keçirib.

Bu barədə hərbi idarədən jurnalistlərə məlumat verilib.

“Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya qoşunlarının (qüvvələrinin) birləşmiş qrupunun qərargahında işi çərçivəsində Rusiya Federasiyası müdafiə nazirinin müavinlərinin hərbi əməliyyatların təşkili və qoşunların silah, hərbi texnika və sursatla fasiləsiz təchizatı ilə bağlı fikirlərini dinləyib”, - nazirlikdən bildirilib.

İdarədə ehtiyat hissələrin döyüş hazırlığının təşkilinə, hərbi-siyasi işlərə və qoşunların hərtərəfli təminatının digər növlərinə xüsusi diqqət yetirilib.

Şoyqu hərbçilərlə də söhbət edib və xüsusi əməliyyat zonasında tapşırıqları nümunəvi yerinə yetirdiklərinə görə onlara təşəkkür edib, dövlət mükafatlarını, o cümlədən Qızıl Ulduz medallarını, “İgidliyə görə” ordeni, “Müqəddəs Georgi Xaç” ordenini və “İgidliyə görə” medallarını təqdim edib.

"Sizə həqiqətən ümid edirik. Sizi ürəkdən təbrik edirəm! Sizdən yeni şücaətlər və nailiyyətlər, bu gün ölkəmiz üçün çox zəruri olan işimizdə yeni nailiyyətlər gözləyirik", - deyə nazir hərbçilərə müraciət edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Şoyqunun Yujno-Donets istiqamətində “Vostok” qoşun qruplaşmasının birləşmələrindən birinin irəli komanda məntəqəsinə baxış keçirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN