Ukrayna prezidenti Vladimir Zelenski ölkə başçısı postunu tərk etməlidir.

Bu barədə Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin YouTube kanalında məlumat verib.

Soskin hesab edir ki, Zelenski Ukraynadakı vəziyyətə nəzarəti təmin edə bilmədiyi üçün postunu tərk etməlidir.

"Zelenskinin problemi nədir? Əgər rəhbərlik edə bilmirsənsə, istefa ver", - Kuçmanın keçmiş müşaviri deyib.

Oleq Soskin Ukraynada çətin həyat şəraitinin yarandığını vurğulayıb. Eyni zamanda, Ukrayna prezidentinin administrasiyası ölkə sakinlərindən qazanc əldə etməkdə davam edir.

"İnsanlar, ümumiyyətlə, bir tikə çörək ala bilmirlər, ümumiyyətlə, süd yoxdur, su yoxdur, bu dəhşətli şəraitdə yaşayırlar. Bunlar da yağdan dəli olublar", - o, qəzəblənib.

Onun fikrincə, Ukrayna hakimiyyəti diqqəti ölkə sakinlərinin çətinliklərinə yönəltməli, media üzərində nəzarəti gücləndirməməlidir.

Daha əvvəl ABŞ-da Vladimir Zelenskinin tezliklə hara qaçacağını demişdilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN