ABŞ-ın keçmiş prezidenti Donald Tramp iddia edir ki, Rusiya lideri Vladimir Putinlə şəxsi söhbətində ona xəbərdarlıq edib ki, Rusiya hər hansı ölkəni ələ keçirsə, “Moskva hücuma məruz qalacaq”.

Bu barədə ABŞ administrasiyasının keçmiş rəhbəri şənbə günü Vaşinqtonun ətraflarında Respublikaçılar Partiyasının mühafizəkar dairələrinin illik konfransında açıqlayıb.

“Mən dedim ki, Vladimir, bunu etmə, bilirsən ki, biz dostuq, ölkələri ələ keçirmə, çünki o zaman Moskva ağır zərbə altında qalacaq”, - Tramp hansı zərbənin olduğunu açıqlamayıb və əlavə edib ki, Rusiya lideri “çox güman ki, ona inanmayıb”.

Eyni zamanda, ABŞ-ın keçmiş prezidenti bildirib ki, əgər yenidən prezident seçilərsə, o, ABŞ hökumətindən “müharibənin qızışdırıcılarını” və qlobalistləri qovacaq.

2022-ci ilin noyabrında o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb. Hazırkı dövlət başçısı Co Bayden noyabrın 9-da yenidən seçilmək üçün mübarizə aparmaq planları barədə məlumat verib, lakin yekun qərarı yalnız 2023-cü ilin əvvəlində verəcəyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN