Ukrayna qırıcı pilotluq bacarıqlarını qiymətləndirmək üçün ABŞ-a daha on pilot göndərəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

“Bu tədbir bizə imkan verir ki, ukraynalı pilotlara daha səmərəli olmaqda daha yaxşı kömək edək və onlara öz bacarıqlarını inkişaf etdirmək üçün daha yaxşı məsləhətlər verək”, - deyə rəsmi bildirib.

Onların artıq təlim keçmək üçün gəlmiş iki ukraynalı pilotla eyni bazaya göndəriləcəyi dəqiqləşdirilir.

Xatırladaq ki, martın 5-də Amerika KİV-i iki ukraynalı pilotun pilotluq bacarıqlarını qiymətləndirmək üçün Arizona ştatının Tucson şəhərindəki hərbi bazaya gəldiyi barədə məlumat yayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN