Belarus Avropa ölkələrinin faktiki olaraq artıq iştirak etdiyi Ukraynada silahlı münaqişəyə cəlb olunmayacaq.

Tezadlar.az xəbər verir ki, bu vədi respublika prezidenti Aleksandr Lukaşenko verib.

Dövlət başçısının sözlərinə görə, Minskə “bu meydan oxuyan” və “amerikalıların əmri ilə” işləyən siyasətçilər ölkəni hərbi əməliyyatlara qərq edə bilməyəcəklər.

“Sən səhv edirsən. Əsəblərimiz güclüdür, nə etmək lazım olduğunu bilirik”, - Lukaşenko bildirib.

Belarus prezidenti bir müddət əvvəl respublikada Maçulişçi aerodromunda təxribat cəhdində iştirak edən şəxsin saxlanıldığını bildirmişdi. O qeyd edib ki, həmin şəxs İT mütəxəssisi olmaqla 2014-cü ildə Ukrayna Təhlükəsizlik Xidmətinə işə götürülüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN