Çexiyanın Krabcice kəndindəki tövlədə saxlanılan - damazlıq dəyəri təqribən 400 min kron (təqribən 30757 Manat) olan saf cins at oğurlanıb.

Bu barədə çərşənbə axşamı Çexiya polisinin mətbuat katibi Pavla Kofrova bildirib.

“At oğurluğu çox güman ki, 2023-cü il martın 3-dən 4-nə keçən gecə baş verib”, - deyə mətbuat katibi bildirib.

Onun sözlərinə görə, naməlum oğru sürüşmə qapıdan karabinli zənciri çıxararaq damazlıq ayğırı aparıb.

Blesk.cz yazdığına görə,  oğurlanan damazlıq at Çeçenistanın rəhbəri Ramzan Kadırova məxsus olub və Çexiya beynəlxalq sanksiyalar əsasında onun əmlakını, o cümlədən bir neçə atını dondurub.

Məlumata görə,  Kadırov həmin atı 2012-ci ilin yazında (Almaniyanın WH Sport International tövləsindən)  dünyanın o zamankı ən bahalı yarışında, Dubayda keçirilən dünya çempionatında uğurlu çıxış etmək niyyəti ilə alıb.

Zazu isə həmin yarışın beşincisi olub.

Onu da qeyd edək ki,  vaxtilə Almaniyanın Baden-Baden şəhərində keçirilən yarış festivalı zamanı yarışlardan birində qalib gələn Zazu 5 min avro pul mükafatından da məhrum edib. Ramzan Kadırova layiqli mükafatı ödəməkdən imtina Ramzan Kadırova qarşı tətbiq edilən sanksiyalarla izah edilib. At sahibinin Avropa İttifaqının qara siyahısına düşməsi səbəbindən 5 min avro mükafat pulu dondurulub...

 Görünür at oğrusu da Zazunun bahalı cins at olduğunu, həm də sanksiyaya məruz qaldığını bilib və onu qaçırmağa müvəffəq olub.

 Kadırov sanksiya altında olan sevimli atının tapılması üçün israrçı olacaqmı, hələ ki, məlum deyil...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN