Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri Tbilisinin Rustaveli prospektindən radikal müxalifət tərəfdarlarını sıxışdırıb çıxarıb.

Tezadlar.az xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerindən videogörüntülər paylaşılır.

Polis etirazçıların kütləvi həbsinə başlayıb.

Bundan əvvəl iğtişaşçılar polis avtomobilini yandıraraq aşırıb. Xüsusi təyinatlılar etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, onlar növbəti dəfə polisə fişənglər və ağır əşyalarla hücum ediblər, həmçinin barrikadalar qurmaq üçün skamyaları sındırıblar. Gürcüstanda iğtişaşlar ikinci gündür ki, səngimir.

Dünən axşam saatlarında Yuxarı Lars ərazisində çox kilometrlik tıxac yaranıb. Keçid məntəqəsində həm Rusiya, həm də Gürcüstan nömrəli yüzlərlə avtomobil var. Sürücülər çox uzun gözləntilərə görə nəzarət-buraxılış məntəqəsinə getmək proseduruna əməl etmirlər.

Tbilisidə parlament binası yaxınlığında etiraz aksiyaları deputatların xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etmələri səbəbindən başlayıb. Qanun layihəsin əsasən, ən azı 20% xarici vətəndaşlara məxsus şirkətlər və media qurumları xarici agent kimi tanınacaq. Ola bilsin ki, bu qanuna görə Gürcüstan Avropa Birliyinə daxil ola bilməyəcək. İkinci gündür ki, iğtişaşlar səngimir. Tbilisidə etirazçılar skamyaları sındırır və oradan barrikadalar qururlar, xüsusi təyinatlılarla radikal müxalifət tərəfdarları arasında yeni toqquşmalar başlayıb.

ABŞ Dövlət Departamenti kənarda dayana bilməyib və etirazların bütün tərəflərini təmkinli olmağa çağırıb. Qeyd edək ki, ABŞ-da xarici agentlər haqqında qanun 1938-ci ildən qüvvədədir. Lakin hazırda Vaşinqton Gürcüstanda belə bir yeniliyə qarşı çıxır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN