Ukraynadakı münaqişənin sonu çoxlarının düşündüyündən daha yaxındır.

Tezadlar.az xəbər verir ki, prezident Vladimir Zelenski bu barədə “ABC News”-a müsahibəsində deyib.

Lakin dövlət başçısı Qərb tərəfdaşlarından Ukrayna ordusunu gücləndirməyi tələb etməkdə davam edib.

“Düşünürəm ki, biz sülhə düşündüyümüzdən daha yaxınıq. Müharibənin sonuna daha yaxınıq”, - deyə o bildirib.

Zelenski əlavə edib ki, onun qarşıdurmaya son qoymaq planı “Rusiya ilə danışıqlara aid deyil”. Onun sözlərinə görə, “Qələbə planı” Ukrayna silahlı qüvvələrini gücləndirməkdən ibarətdir.

Bundan əvvəl mətbuatda Ukrayna prezidentinin “qələbə planında” hərbi əməliyyatların dondurulması və ya atəşkəslə bağlı müddəaların olmadığı barədə məlumatlar yayılıb. Jurnalistlərin fikrincə, Kiyev Moskvanın sülhə məcbur olacağı şərait yaratmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN