ABŞ prezidentliyinə namizəd Donald Tramp əmindir ki, o, Ukraynadakı münaqişəni necə dayandıracağını bilir.

Tezadlar.az xəbər verir ki, o, bu barədə inauqurasiyadan əvvəl qərar verəcəyini bildirib.

"Mən əminəm ki, sülh var", - siyasətçi deyib.

Donald Tramp seçkilərdə qələbə çaldıqdan dərhal sonra, hətta andiçmə mərasimindən əvvəl sülhə nail olacağını da vurğulayıb.

“Mənim ilk işim Zelenskiyə zəng etmək olacaq. Mən prezident Putinə də zəng edəcəyəm. Mən də deyəcəm: razılaşaq. Bu bir növ dəlilikdir. Dəlilik”, - Donald Tramp vurğulayıb.

Eyni zamanda, Vladimir Zelenski əmindir ki, Donald Trampın münaqişəni necə dayandıracağı barədə heç bir fikri yoxdur. Kiyev rejiminin başçısı qeyd edib ki, artıq eyni şeyi söyləyən, lakin sonra vəziyyətin daha mürəkkəb olduğunu anlayan çoxlu dövlət liderləri var.

Bir müddət əvvəl Donald Tramp Vladimir Zelenskini “ən yaxşı tacir” adlandırmışdı. ABŞ-ın keçmiş prezidenti Kiyev rejiminin başçısının hər dəfə Vaşinqtonu on milyardlarla dollarla tərk etməsinə diqqət çəkib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN