Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb, o, atəşkəs və taxıl sazişi ilə bağlı vədlər verib.

Tezadlar.az bu barədə Türkiyə liderinin ofisinə istinadən xəbər verir.

“Görüş zamanı prezident Ərdoğan bildirib ki, Türkiyə Ukrayna-Rusiya müharibəsinin dialoq yolu ilə, Ukraynanın ərazi bütövlüyü və suverenliyini qoruyaraq sonlandırıla biləcəyinə hər zaman inanıb və Türkiyə bu məqsədə çatmaq üçün səylərini davam etdirir”, - deyə məlumatda bildirilir.

Ofis həmçinin vurğulayıb ki, Ərdoğan Zelenskiyə taxıl müqaviləsini bərpa etmək üçün səy göstərəcəyini vəd edib. Bir gün əvvəl Ərdoğan bildirib ki, dünya Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən hələ də uzaqdır. Türkiyə prezidentinin sözlərinə görə, silahlanma yarışı sürətləndikcə diplomatiya məkanı daralır.

Həmin gün Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Rusiya Federasiyası ilə Ukrayna arasında 2022-ci ildə İstanbulda keçirilən danışıqların bir sıra dövlətlərin Kiyevə təzyiqləri nəticəsində pozulduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA