ABŞ-ın Gürcüstan Ali Ədliyyə Şurasının 4 üzvünə qarşı əsassız sanksiyaları iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri İlya Darçiaşvili Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenə məktubunda bildirib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin gürcü hakimlərə qarşı sanksiya qərarı “anlaşılmaz və qəbuledilməzdir”, çünki o, “heç bir sübut təqdim edilmədən dərc edilib”.

“Ümid edirik ki, Dövlət Departamenti müvafiq sübutlar təqdim edəcək və ya qərarına yenidən baxacaq. Əks halda, Gürcüstan dövləti və xalqı bunu suveren dövlətin müstəqil məhkəməsinə təzyiq və onun fəaliyyətinə kobud müdaxilə kimi qəbul edəcək və bu, Gürcüstan və ABŞ arasında uzunmüddətli dostluq münasibətlərinə xələl gətirəcək”, - nazir bildirib.

ABŞ-ın Gürcüstan Ali Ədliyyə Şurasının üzvlərinə qarşı sanksiyalar tətbiq etməsi aprelin 5-də məlum olub. Məhdudlaşdırıcı tədbirlər Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadzeyə təsir edib. Blinkenin sözlərinə görə, hakimlər “əhəmiyyətli korrupsiyada” ittiham olunurlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA