Nə qədər ağır və çətin olsa da hər bir işçinin, xüsusən də neftçilərin pozulmuş hüququnun bərpası bizə inam və güc verir.

Bunu “TEZADLAR.AZ”a Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib.

O, diqqətə çatdırıb ki, rəhbəri olduğu təşkilat daha bir uğura imza atıb.

“Təşkilatımızın hüquqşünası Azər Quliyevə və vəkil Rafail Əliyevə təşəkkür edirəm. Nə qədər ağır və çətin olsa da hər bir işçinin, xüsusən də neftçilərin pozulmuş hüququnun bərpası bizə inam və güc verir. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının Müdafiə etdiyi (Vəkil: Rafail Əliyev, Təşkilatın Hüquqşünası: Azər Quliyev) və hüquqi yardım etdiyi neftçi Kamil Manafovun: “Əmək şəraitinə görə  güzəştli şərtlərlə yaşa görə
əmək pensiyasının təyin edilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialının üzərinə qoyulması barədə” İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin Qərarı ilə təmin olunmuşdu. Qərardan cavabdeh tərəfindən
verilən Apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin 06. 04. 2033-cü il tarixli qətnaməsi ilə təmin olunmadı, işçinin xeyrinə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin Qərarı qüvvədə saxlanıldı”, - deyə Mirvari Qəhrəmanlı vurğulayıb. 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA