Türkiyə respublikada mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə heç bir ölkənin müdaxilə cəhdlərini görmək istəmir və Rusiya tərəfindən belə bir niyyət görmür.

Bunu cümə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

"Mən cənab Lavrova qarşıdan gələn seçkilərlə bağlı verdiyi qiymətlərə görə təşəkkür edirəm. Onun dediyi kimi, bizdə demokratik dövlət var, seçkilər də bu məcrada keçiriləcək. Biz başqa ölkələrdən təsir göstərmək cəhdlərini görmək istəmirik. Biz isə Rusiya tərəfindən belə niyyətlər görmürük və heç vaxt müşahidə etməmişik", - Çavuşoğlu bildirib.

Eyni zamanda, o, Türkiyədəki seçkilər kontekstində öz gündəmini həyata keçirən bəzi ölkə və dairələrin olduğunu diqqətə çatdırıb. Nazir iradə ifadəsi prosesini izləmək üçün müraciət edən bir sıra müşahidəçilərə iddialar irəli sürüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA