Baş Prokurorluq Moskva Prokurorluğuna müğənni Valeri Meladzeni Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməsinə görə yoxlamağı tapşırıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Hazırda Moskva Prokurorluğuna Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı üçün Meladze V.Ş.-yə qarşı yoxlama aparmaq tapşırılıb", - agentliyin həmsöhbəti müvafiq əmrin Rusiya Baş Prokurorluğundan alındığını bildirib.

“Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihə” ictimai təşkilatının rəhbəri Vitali Borodin bir müddət əvvəl baş prokuror İqor Krasnova müğənniyə qarşı müvafiq yoxlama aparılması xahişi ilə müraciət ünvanlayıb. O qeyd edib ki, ifaçı dəfələrlə Ukraynada keçirilən xüsusi hərbi əməliyyatı tənqid edib, həmçinin BƏƏ-də korporativ şənlik zamanı ukraynalı döyüşçülərin şüarını səsləndirib.

Martın sonunda müğənni Valeri Meladzenin Krasnoyarsk, İrkutsk, Novosibirsk, Barnaul, Kemerovo və Rostov-na-Donda planlaşdırılan konsertlərinin ləğv edildiyi bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA