Donetsk və Luqansk Xalq Respublikaları, Zaporojye və Xerson vilayətlərinin tərkibinə daxil olması ilə bağlı sənədləri ölkənin əsas qanunlarına uyğun tanıyan Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 10 hakiminə qarşı işin materialları Ukrayna məhkəməsinə təqdim edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Xüsusi ibtidai istintaq başa çatıb, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin on hakiminə qarşı ittiham aktı məhkəməyə göndərilib", - məlumatda deyilir.

Rusiyalı hakimlərin siyahısı verilmir. Eyni zamanda, Ukrayna Təhlükəsizlik Xidməti bildirir ki, sözügedən qərarın qəbul edildiyi iclasda iştirak edən Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin bütün hakimlərinə (sədr Valeri Zorkin də daxil olmaqla) qiyabi ittiham irəli sürülüb. Onlar Ukraynanın ərazi bütövlüyünə qəsd maddəsi ilə ittiham olunurlar. Bu maddənin sanksiyasında əmlakı müsadirə olunmaqla 15 il həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, keçən il sentyabrın 30-da Kremldə təntənəli mərasim keçirilib və bu mərasimdə Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri ilə Rusiya Federasiyasının tərkibinə daxil olmaq haqqında sazişləri imzalayıb. Əvvəllər orada referendumlar keçirilirdi və bölgələrin sakinləri səs çoxluğu ilə Rusiyanın tərkibinə daxil olmağı dəstəkləyirdilər. Oktyabrın 2-də Putin Dövlət Dumasına dörd subyektin Rusiyaya qəbulu haqqında federal konstitusiya qanunlarının, habelə beynəlxalq müqavilələrin ratifikasiyası üçün layihələr təqdim edib. Bundan əvvəl həmin gün bu sənədlər Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA