Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinə BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün viza verilməməsinə mənfi münasibət bəslədiyini bildirib.

Peskovun sözlərinə görə, vizaların verilməsinə görə məsuliyyət bu halda ev sahibi olan ABŞ-ın üzərinə düşür.

"Amerika bu öhdəlikləri yerinə yetirməlidir", - Peskov bildirib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov aprelin 12-də bildirib ki, Sergey Lavrov və Rusiya nümayəndə heyətinin üzvlərinə BMT Təhlükəsizlik Şurasında iştirak etmək üçün viza verilməyib.

Mart ayında bildirilmişdi ki, Vaşinqton BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında informasiya texnologiyaları qrupunda iştirak etmək istəyən bir sıra rusiyalı nümayəndələrə viza verməkdən imtina edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA