Rusiyanın hava hücumundan müdafiə sistemləri Xerson vilayətində Ukraynaya məxsus Su-25 təyyarəsini vurub.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi idarənin məlumatına görə, təyyarə Osokorovka kəndi yaxınlığında vurulub. Bundan əlavə, gün ərzində beş HIMARS reaktiv yaylım atəşi sistemi və bir HARM antiradar raketi ələ keçirilib.

İyunun 10-da Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Donetsk Xalq Respublikasında Ukraynaya məxsus MiQ-29 qırıcısını vurması barədə məlumat yayıb. Qırıcı Platonovka kəndi yaxınlığında vurulub.

İyunun 9-da Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Zaporojye vilayətində Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub. Müdafiə Nazirliyi hadisənin Yeni Zaporojye qəsəbəsi ərazisində baş verdiyinə aydınlıq gətirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN