Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin (USQ) Orexov rayonundakı 47-ci mexanikləşdirilmiş briqadasının komanda məntəqəsinə zərbələr endirib.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov deyib.

"Zaporojye vilayətinin Orexov şəhəri ərazisində Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadasının komanda məntəqəsi vurulub", - Konaşenkov bildirib.

Onun sözlərinə görə, Zaporojye vilayətinin Kirovo kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 65-ci mexanikləşdirilmiş briqadasının rabitə qovşağı da məhv edilib. “Donetsk Xalq Respublikasının Ray-Aleksandrovka, Predtexino və Zaporojye vilayətinin Malaya Tokmaçka qəsəbələrinin ərazilərində 10-cu dağ-hücum briqadasının qərargahı, həmçinin 3-cü hücum briqadasının komandanlıq və müşahidə məntəqələri və 15-ci əməliyyat briqadası vuruldu”, - o əlavə edib.

Konaşenkov həmçinin qeyd edib ki, aviasiya, raket qoşunları və artilleriya bir sutka ərzində 109 rayonda atəş mövqelərində 91 artilleriya bölməsini, canlı qüvvə və hərbi texnikanı vurub.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN