Ukraynanın əks-hücum əməliyyatları ilə uğur qazanması, bir gündə 95 əsiri azad etməsi, bir sıra yaşayış ərazilərini geri qaytarması və s. Rusiya Ordusunun problemlərinin dərinləşməsindən xəbər verir...

Vəziyyət o həddədir ki, Rusiyanın ordu Komandanlığı nə etmək lazım olduğunu belə tam dəqiqləşdirə bilmir... Tezadlar.az CNN-ə istinadla bildirir ki, "Ukraynanın əks-hücum əməliyyatının son məqsədi Rusiya tərəfindən işğal edilmiş bütün işğal edilmiş ərazilərin, o cümlədən Krımın geri qaytarılmasıdır", -deyən Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri İqor Jovkva deyib ki, artıq əks-hücum tədbirləri davam etdirilir, lakin o, detallar barədə məlumat verə bilmədiyini xüsusilə qeyd edib. Sitat: "Qarşıya qoyulan məqsədlərə çatmaq üçün aylar lazım ola bilər. Lakin bu, Ukrayna ordusunun ilk əks hücumu deyil və bundan əvvəl ordumuz Xarkov və Xerson rayonları ərazilərindən işğalçıları çıxarıblar. İndiki hücum yəqin ki, sonuncu əks-hücum olmayacaq".

Rusiya TV-lərinin cəbhə reportajları da təsdiqləyir ki, artıq Rusiya ordusunda vəziyyət elə "rusca"dır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN