Moskvanın “Sadovod” bazarında yanğın baş verib. Hadisə şahidlərinin sözlərinə görə, ticarət pavilyonları yanır.

Tezadlar.az xəbər verir ki, sosial şəbəkələrdə fövqəladə hadisə yerindən ilk görüntülər yayılıb. Təcili yardım xidmətləri hadisə yerindədir.

Səkkizinci sırada ticarət pavilyonları yanır. İnsanlar təxliyə edilir.

Qeyd edək ki, noyabrın 17-də də “Sadovod” bazarında yanğın baş vermişdi.

Bundan əvvəl Sankt-Peterburqda avtomobil servisində güclü yanğın barədə məlumat verilmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN