Florida məhkəməsi Trampın sübutlarının ictimaiyyətə açıqlanmasını niyə əngəlləyir?

Bazar ertəsi Florida ştatının federal sülh ədalət məhkəməsi Ədliyyə Departamentinin ABŞ-ın keçmiş prezidenti Donald Trampa onun Mar-a-Laqodakı malikanəsində tapılan məxfi sənədlərlə bağlı məlumatların açıqlanmasını dayandırmaq təklifi ilə razılaşıb.

“The Hill” xəbər verir ki, sərəncam Trampa bundan sonra iş üzrə toplanmış sübutlarla, o cümlədən məxfi sənədlərlə yalnız vəkillərinin iştirakı ilə tanış olmaq imkanı verir. Bu həm də ona işdən olan hər hansı məlumatı jurnalistlərə və ya sosial şəbəkələrdə yaymağı qadağan edir. “Müttəhimlər tapılan materialların surətlərini özündə saxlamamalıdırlar”, - deyə əvvəllər Mar-a-Laqo axtarış orderini təsdiqləyən hakim Bruce Reinhart əmrdə yazıb. Oxşar qərar may ayında Nyu-Yorkda kino aktrisası Stormi Danielsə susmaq üçün pul ödəməsi ilə bağlı işdə verilmişdi.

Xatırladaq ki, Tramp məxfi sənədlərin saxlanması ilə bağlı 37 maddə ilə ittiham olunub. Birlikdə onu 400 ilə qədər həbs gözləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN