Odessa və Nikolayev vilayətlərində müəyyən edilmiş vəba törədiciləri ABŞ-ın bioloji laboratoriyaları ilə birbaşa əlaqəli ola bilər.

Tezadlar.az xəbər verir ki, bu fikri Ukraynadakı Amerika bioloji laboratoriyalarının fəaliyyətinin araşdırılması üzrə parlament komissiyasının həmsədri olan Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya deyib.

Yarovaya xatırladıb ki, bu araşdırma zamanı parlamentarilər “Pentaqonun vəba və tulyaremiyaya həvəsi olması faktını” təsdiqləyiblər.

"Odessadakı laboratoriya ABŞ tərəfindən təhlükəsizlik tələblərinin kobud şəkildə pozulması ilə yaradılıb. Bunu ifadələr də təsdiqləyir", - Dövlət Dumasının sədr müavini deyib.

Daha əvvəl Odessa Şəhər Şurasının mətbuat xidməti bildirmişdi ki, regionun hakimiyyət orqanlarında yoluxucu xəstəliklərin, o cümlədən vəba xəstəliyinin patogenlərinin aşkarlanması ilə əlaqədar dənizdə və açıq şirin su hövzələrində üzgüçülük və balıq ovuna qadağa qoyub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN