Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya qüvvələri arasında 4 istiqamətdə 45 döyüş toqquşması baş verib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər hesabatında qeyd olunub. Bildirilib ki, ruslar əsas səylərini Liman, Baxmut, Avdiivka və Marinka istiqamətlərində cəmləşdirməkdə davam edir və bu istiqamətlərdə ağır döyüşlər davam edir. Bundan əlavə, Baş Qərargahın məlumatına görə, son sutka ərzində ruslar Ukrayna qoşunlarının mövqelərinə və dinc yaşayış məntəqələrinə təxminən 70 dəfə hava zərbəsi endirib və çoxsaylı raket sistemlərindən atəş açıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verir ki, son gün və gecədə Ukrayna əsgərləri 1010 rus əsgərini məhv edib. Bununla da, Ukraynada Rusiya şəxsi heyətinin ümumi itkisi 221 460 nəfərə çatıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN