Rusiyada “Vaqner”-in hərəkətləri ilə əlaqədar təhlükəsizlik vəziyyətinin gərginləşməsi Litvanın kəşfiyyat fəaliyyətini gücləndirməsini və dövlət sərhədini əhatə etmək üçün yeni plan hazırlamasını tələb edir.

Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə Baltik Respublikasının prezidenti Qitanas Nauseda bazar günü onun təşəbbüsü ilə keçirilən Dövlət Müdafiə Şurasının iclasından sonra deyib.

“Belarus və Rusiyanın Kalininqrad vilayətinə münasibətdə şərq istiqamətində vəziyyətin qiymətləndirilməsi üçün kəşfiyyat işləri gücləndirilməlidir”, - o deyib.

Prezidentin sözlərinə görə, “Vaqner” ÖHŞ-nin bir hissəsi qeyri-müəyyən niyyətlərlə Belarus ərazisində qalsa, bu, Litva üçün sərhəd mühafizəsinin gücləndirilməsinə ehtiyac demək olacaq.

Prezident qeyd edib ki, sərhədin tezliklə əhatə olunması üçün yeni planın təsdiq edilməsi də eyni dərəcədə vacibdir.

"Daxili İşlər Nazirliyi və ordu sərhədin mühafizəsinə hərbçilərin cəlb edilməsi məsələlərində dəqiq razılığa gəlməlidir ki, o, saat mexanizmi kimi işləsin", - Nauseda bildirib.

Qeyd edək ki, Dövlət Müdafiə Şurasının iclasları, zəruri hallarda, Baltik Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı - Litvanın Prezidenti tərəfindən çağırılır. İclaslara dövlət başçısı sədrlik edir. Onunla yanaşı, bu struktura baş nazir, Seymin (parlamentin) sədri (spikeri) və ordu komandanı da daxildir. Onlar daimi üzvlərdir. Bir qayda olaraq, parlamentin Milli təhlükəsizlik və müdafiə komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Departamentinin direktoru və Daxili İşlər Nazirliyinin rəisi iştirak etmək üçün dəvət olunur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN