Tezadlar.az Türkiyə prezidentinin ofisinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq ilə iyunun 24-də Rusiyada baş vermiş hadisələri və İsveçin alyansa üzv olması imkanlarını müzakirə edib.

Ərdoğan, rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bir gün əvvəl Rusiya Federasiyasındakı son hadisələrdən heç kimin faydalanmaması lazım olduğunu, Ankaranın vəziyyətin həllinə töhfə verməyə hazır olduğunu söylədi.

“Tərəflər Rusiyadakı son hadisələri müzakirə edib və vurğulayıblar ki, Rusiyadakı gərginliyin sona çatması Ukraynada geri dönməz humanitar fəlakətin qarşısını alıb”, - Ərdoğanın ofisindən bildirilib.

Qeyd edək ki, iyunun 24-nə keçən gecə Rostov-na-Donuda vaqneritlər Cənub Hərbi Dairəsinin qərargahını ələ keçirdilər. Bu, Yevgeni Priqojinin Rusiya Silahlı Qüvvələrinin ÖHŞ düşərgələrinə raket və bombalı hücumlar təşkil etməsi ilə bağlı açıqlamaları fonunda baş verib. Sonradan bu məlumatlar həm Müdafiə Nazirliyi, həm də FTX tərəfindən təkzib edilib.

Bundan əvvəl Rostov-na-Donda Cənub Hərbi Dairəsinin binası ətrafında vəziyyətin sakit olduğu bildirilib. KİV-in məlumatına görə, Budennovski prospekti ilə nəqliyyatın hərəkəti bərpa edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN