Yolun hər iki tərəfində piyada keçidi olmasına baxmayaraq, keçiddən istifadə etməyən piyadanı avtomobil vurub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Mərkəz yol-nəqliyyat hadisəsinin baş vermə anının videogörüntüsünü də paylaşıb.

Qeyd edilib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Səbail rayonu, Bülbül prospektində, ”Sahil” metrostansiyasının yaxınlığında baş verib.

"Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşların bəziləri hələ də piyada keçidlərindən istifadə etmirlər. Nəticədə də həyatlarını təhlükəyə atırlar", - deyə mərkəzdən bildirilir.

Videonu izləmək üçün aşağıdakı linkə daxil olun:

https://www.facebook.com/reel/6552052554860889

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN