Tanınmış amerikalı araşdırmaçı jurnalist Seymur Herş bildirib ki, ABŞ prezidenti Co Bayden İsveçin NATO üzvlüyünün ratifikasiyası müqabilində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Beynəlxalq Valyuta Fondundan (BVF) böyük kredit vəd edib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS yazıb.

Herş izah edib ki, Badenin informasiya və xarici siyasətdə qələbəyə, Türkiyənin isə zəlzələ və ağır maliyyə böhranı fonunda pula ehtiyacı var.

Jurnalist qeyd edib ki, nəticədə, Bayden Ərdoğana BVF-nin Ankaraya gecikmədən 11-13 milyard dollarlıq kredit xətti verəcəyinə söz verib.

İyulun 10-da Türkiyə lideri, NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristersson arasında məsləhətləşmələrdən sonra Türkiyə şimal ölkəsinin NATO-ya üzv olmasına icazə verib.

Bayden Ankaranın qərarını alqışlayıb. O qeyd edib ki, alyansın genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaları nəzərə alsaq, NATO-nun Litvada keçirilən sammitini tarixi hesab etmək olar.

Ərdoğan da öz növbəsində, Türkiyə ilə ABŞ arasında münasibətlərdə yeni mərhələnin başladığını elan edib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN