Rusiya Müdafiə Nazirliyi bildirir ki, son 24 saat ərzində əks-hücum cəhdi zamanı Donetsk istiqamətində 315 ukraynalı yaraqlı öldürülüb.

Departament qeyd edib ki, ötən sutka ərzində Kiyev Krasnolimansk və YujnoDonetsk istiqamətlərində də əks-hücum əməliyyatı keçirməyə cəhd edib.

Lakin “Cənub” qoşun qruplaşmasının döyüşçülərinin yaxşı əlaqələndirilmiş hərəkətləri nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 17 hücumu uğurla dəf edilib.

“Hərbi əməliyyatlar zamanı düşmənin itkiləri 315 ukraynalı hərbçi, iki zirehli döyüş maşını, üç pikap və bir D-30 haubitsı olub”, - deyə RF Müdafiə Nazirliyi bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, Ukrayna əks-hücum əməliyyatı başlayandan bəri Ukrayna Silahlı Qüvvələri artıq 26 mindən çox əsgər itirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN