Belarus prezidenti Aleksandr Lukaşenko ÜmumBelarus Xalq Assambleyasına respublikada müharibə və fövqəladə vəziyyət rejimi tətbiq etmək, habelə onun hüdudlarından kənara hərbi personal göndərmək hüququ verən qanunu imzalayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Qanunun mətnində qeyd olunur ki, bundan sonra ÜmumBelarus Xalq Assambleyası "Belarus Respublikasının ərazisində fövqəladə və ya hərbi vəziyyət tətbiq etmək hüququna malikdir", həmçinin "kollektiv təhlükəsizliyin təmin edilməsində və beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün fəaliyyətdə iştirak etmək üçün hərbçilərin, hərbiləşdirilmiş təşkilatların işçilərinin, Belarus Respublikasının hüdudlarından kənara digər şəxslərin göndərilməsinin mümkünlüyü haqqında" qərarlar qəbul etmək hüququna malikdir.

Bundan əvvəl Rusiyanın Minskdəki səfiri Boris Qrızlov bildirmişdi ki, NATO-nun Belarus sərhədindən ilk addımı alyans üçün sonuncu addım olacaq. Onun sözlərinə görə, Belarusa hücum "qanuni və faktiki olaraq İttifaq dövlətinə hücum hesab olunacaq" və bunun ardınca dərhal cavab veriləcək.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN