Rusiya səfiri Sergey Andreev Rusiya prezidenti Vladimir Putinin bəyanatı ilə əlaqədar təcili olaraq Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Pavel Yablonski deyib.

"Rusiya səfiri təcili olaraq Xarici İşlər Nazirliyinə çağırılıb", - Yablonski bildirib.

Onun sözlərinə görə, rusiyalı diplomat Rusiya prezidentinin bəyanatları, həmçinin “Rusiya Federasiyasının Polşa və onun müttəfiqlərinə qarşı digər qeyri-dost hərəkətləri” ilə əlaqədar XİN-ə çağırılıb.

Yablonski əlavə edib ki, görüş şənbə günü saat 10:00-da baş tutub və "çox qısa" olub.

Bir gün əvvəl Vladimir Putin Təhlükəsizlik Şurasının operativ iclasını keçirib. Görüş zamanı Rusiya lideri tarixi faktı misal çəkdi: SSRİ nasizm üzərində qələbədən sonra Polşanın suverenliyini və torpaqlarını bərpa etdi. İosif Stalin Varşavaya əvvəllər Almaniyaya məxsus olan indiki qərb ərazilərini verdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN