Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında Ukrayna Silahlı Qüvvələrində NATO-nun uzaqmənzilli artilleriya və döyüş təyyarələrinin olmadığını bildirib.

Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna qıt silahlarla bağlı bəzi məsələləri tam həll etməyib. Ukrayna lideri qeyd edib ki, silah tədarükü məsələsi ABŞ-dan asılıdır.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı 2027-ci ilə qədər Ukraynaya ildə 5 milyard avro həcmində hərbi təchizat üçün xüsusi mexanizm yaratmağa hazırlaşır. Bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Borrell bu yaxınlarda həmçinin Ukrayna Silahlı Qüvvələri (USQ) üçün hərbi təlim proqramının əhəmiyyətli dərəcədə genişləndirilməsini təklif edib.

Avropa diplomatiyasının rəhbərinin təklifinə əsasən, müəyyən şərtlər daxilində təlim tədbirlərinin mərhələli şəkildə Ukraynaya keçirilməsi imkanları nəzərdən keçirilə bilər. Bundan əlavə, Borrell Kiyevə silah və texnikanın tədarükü üçün əlavə milyardların ayrılmasını tövsiyə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN