Hazırda Avropada ekstremal hava şəraiti hökm sürür. Sloveniyada yağan güclü yağışlar görünməmiş daşqınlara səbəb olub. Ən azı üç nəfər ölüb.

Tezadlar.az xəbər verir ki, dağıntının miqyası fəlakətli adlanır. Axar sular yolları yuyub aparıb, körpüləri dağıdıb. Fəlakət o qədər güclü olub ki, bütün binaları uçurub.

Xilasedicilər sakinləri təbii fəlakət yerindən təxliyə edirlər. Bəzi yaşayış məntəqələri sel səbəbindən tamamilə təcrid olunub. Oraya çatmaq üçün helikopterlərdən istifadə olunur.

Hakimiyyət vətəndaşları evlərini tərk etməməyə çağırsa da, minlərlə bina işıqsız qalıb. Sinoptiklərin proqnozlarına görə, güclü yağış daha bir gün də davam edəcək. Güclü leysan Xorvatiya və Bosniya ərazisini də əhatə edə bilər.

Uzaq Şərqdə pis hava şəraiti səbəbindən nəqliyyatın çökməsi başlayıb. Primorsk diyarında ən güclü leysan səbəbindən bəzi yerlərdə çayların səviyyəsi təxminən iki metr qalxıb, bir neçə körpü sözün əsl mənasında yuyulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN