Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da vətəndaş müharibəsinin risklərinə işarə edib.

Tezadlar.az xəbər verir ki, o, bu fikri TASS və RT-yə müsahibəsində bildirib.

Siyasətçinin fikrincə, ABŞ hazırda daxili ixtilafdadır və özü ilə ziddiyyət təşkil edir. “Üstəlik, mənim fikrimcə, müəyyən mənada bu ixtilaf barışmazdır, bu cür ölkədaxili münaqişələr çox vaxt vətəndaş müharibəsi ilə başa çatır”, - o deyib.

Medvedev hesab edir ki, “ABŞ çox spesifik dövlətə çevrilib” və orada elitalar arasında böyük ixtilaf var.

“Mühafizəkar Respublikaçı siyasi isteblişment ilə Demokratlar Partiyasının daşıyıcısı olan liberal seqment arasında baş verən bu toqquşma, həqiqətən, Amerikanı parçaladı”, - deyə o, yekunlaşdırıb.

Bundan əvvəl Alyaskanın keçmiş qubernatoru Sara Peylin ABŞ-ın eks-prezidenti Donald Trampın təqibi davam edərsə, ABŞ-da ikinci vətəndaş müharibəsinin başlaya biləcəyini bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN