Belarus sərhədçiləri Ukrayna ərazisindən ölkə sərhədinin qanunsuz keçmə faktını aşkar ediblər.

Tezadlar.az-ın məlumatına görə, Belarus Sərhəd Komitəsinin Telegram kanalı qeyd edir ki, Ukrayna ərazisindən “məntiqsiz təxribatlar” davam edir.

“Ukrayna ilə sərhəddə yerləşən Mozır sərhədçiləri sərhəd postlarından birində hərbi geyim elementləri aşkar ediblər. Qalan izlərin ilkin şəkli naməlum şəxsin sərhədi Ukrayna ərazisindən keçdiyini göstərir. Bu faktla bağlı inzibati prosesə başlanılıb”, - deyə məlumatda bildirilir.

Departament əlavə edib ki, onlar belə addımları Belarus sərhədçilərini təxribata çəkmək üçün “absurd və əbəs” cəhdlər kimi qiymətləndirirlər.

Qeyd edək ki, Ukrayna-Belarus sərhədinin uzunluğu 1084 kilometrdir. 2022-ci ildən Ukrayna Belarusdan mümkün “təhdidlər” bəhanəsi ilə sərhədlərini sistematik şəkildə gücləndirir. Xüsusilə, 2023-cü ilin avqustunda Ukrayna Silahlı Qüvvələri Belarusla sərhədə döyüş təcrübəsi olan hərbçilərin göndərilməsi barədə məlumat yayıb.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN