O, Qarabağda nizamlanma üçün ermənilərin hüquqlarını təmin etməyə çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, guya regionda baş verən humanitar böhran fonunda Dağlıq Qarabağın 120 min sakininin həyatı və təhlükəsizliyi sual altındadır.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin saytı xəbər verir.

O, tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) müstəqilliyinin elan edilməsinin 32-ci ildönümü ilə bağlı müraciətində DQR-də “etnik təmizləmə”nin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətdən ciddi səylər gözlədiyini qeyd edib.

“Dağlıq Qarabağın bir ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün bəyanatlar Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri nəhayət həll olunmayana qədər əsassızdır. Ermənistan, Dağlıq Qarabağ və beynəlxalq ictimaiyyət bunu açıq şəkildə qeyd edib”, - Paşinyan əlavə edib.

Onun sözlərinə görə, Ermənistan Qarabağ sakinlərinin normal və təhlükəsiz həyatını təmin etmək üçün fəaliyyətini davam etdirəcək. Paşinyan vurğulayıb ki, region ətrafında vəziyyətin tam nizamlanması yalnız dialoq, o cümlədən Bakı ilə Stepanakert (?) arasında mümkündür.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN