Pentaqonun rəhbəri Lloyd Ostin və Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu Nigerdəki vəziyyətin diplomatik yolla nizamlanmasını arzuladıqlarını bildiriblər.

Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

Açıqlamaya görə, Ostin və Lekornu Nigerdəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

"Nazirlər Nigerdəki vəziyyətin diplomatik yolla həlli istəyini bölüşüblər", - sənəddə deyilir.

O, həmçinin qeyd edir ki, Ostin və Lekornu nigeriyalılarla daha da əlaqə saxlamağın zəruriliyini vurğuladılar.

Bundan əvvəl Niger hakimiyyəti Fransa səfirini diplomatik toxunulmazlıqdan məhrum edib və Fransa qoşunlarını ölkədən çıxarmaq üçün Parisə bir ay vaxt verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN